Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsl seçki döyüşü dar dəhlizlərdə gedir”


Elşən Musayev yazır...


Az öncə dediklərimiz nəhayət ki, təsdiqini tapdı: Qardaş Türkiyə erkən seçimlərə gedir. Koalisiya ilə bağlı bütün danışıqlar fiaskoya uğrayıb. Dörd Partiya arasında anlaşma mümkün olmadı.

Əslində tam məntiqli gedişatdır. Zatən Qərbin və Avropanın Türkiyə üzərindəki basqısı, “kabus dirənişi”  “dərin dövlət”in qanunlarına qarşı işləyirdi. Bütün hallarda. Üstəlik aydın məsələdir ki, onların dərdi Ərdoğan deyil, rəsmi Ankaranın gücüdür. Yəni nə olursa olsun, hakimiyyətdə kim qərarlaşacaqsa qərarlaşsın, fərq etməz - bircə Türkiyə regionda söz sahibinə çevrilməsin. Və ya belə deyək: məlum qaydalara görə fərd deyil, ölkə sarsılmalıdır -əsas məğz bu amala köklənib.

“Dərin dövlət” isə həmin plandan agah olduğu üçün prosesə qarşı da adekvat oynadı. Yenə Ərdoğana “stavka” elədi. Fəqət sevgidən deyil, ortalıqda ondan savayı yetkin və ötkəm liderin olmaması üzündən “stavka” elədi. Ayrıca, bu dəfə Ərdoğanın səsinin bir qismini alıb HDP-yə verərək “stavka” elədi. Daha korrekt desək: “Dərin dövlət” AKP-ni “vuraraq” qaldırdı.

Çünki hakim partiya seçkini 5 il qabaqkı kimi qazansa iqtidarda ən uzağı 3 ay qalacaqdı. Həm də çox sadə səbəbdən: Qərbin “düşüncə mərkəz”ləri türk vətəndaşı ilə yaxın 3 il ərzində son dərəcə sərrast və planlı şəkildə “işləmişdi”. Ələlxüsus da orta yaşlı beyinlər qıcıq, oyanış və üsyan elementləri ilə maksimum dozada yüklənmişdi. Və yəqin elə bu səbəbdən idi ki, 4 ay öncəyə qədər İstanbulun hətta taksi sürücüləri, kokorec satanları belə Ərdoğan hakimiyyətinə qarşı öz nifrinlərini gizlətmirdilər. Fikirlərini açıqca ifadə edir, yenilik istəyirdilər.

İndi isə 4 ay sonrakı vəziyyətə baxın: Türkiyənin iri şəhərlərində (zatən periferiyalar Ərdoğan fanatlarından ibarətdir) kimdən hökumət haqda soruşsan başını tutur. Hər kəs Ərdoğanın atasına rəhmət oxuyur. Hamı stabillik istəyir. Anlaşma istəyir. Çünki oturuşmuş dövlətlərin siyasət tablosunda qeyri-müəyyənlik anlayışına yer yoxdur. Vətəndaşlar qeyri-sabit duruma qarşı son dərəcə dözümsüzdür. Və... eyni adlı tablonu ərsəyə gətirmək  üçün meydanı boş buraxmaq, insanları qəflət yuxusundan ayıltmaq, AKP-yə olan natural ehtiyacı yaratmaq lazım idi. Ki, bunu da “dərin dövlət” ən mükəmməl şəkildə bacardı.
Düzdür, Qərbin “hiylə maşını” öz destruktiv əməllərini səngitmədi. Hətta bu duruma da əl qoymaq amacı ilə vəziyyəti idarə etmə çabasına girdi. Məsələn, Şanlıurfada törədilən kürd qətliamı anındaca “dərin dövlət”ə yaxınlığı ilə tanınan “Cladio”-nun adına çıxıldı. Media vasitəsilə (Bu arada, xüsusi bir arayış  verim ki, Türkiyədə medianın heç cür milliləşə bilməməsi, ictimai rəyi formalaşdıran əsas resursların yəhudi və erməni lobbisinin əlində cəmləşməsi həssas durumlarda öz ağır nəticələrini daha çox büruzə verir). Məqsəd isə Ərdoğana “bax, dərin dövlət səni vurur” - mesajını ötürmək idi. Ki, arada soyuqluq yaransın. Amma adam Yanukoviç-filan deyil, Ərdoğandır! Qos-qoca Ərdoğan. Bax, bunu unutdular. Unutdular ki, hətta yanlışları ilə belə mübaliğə sinxronizəsinə girməyən, siyasi gücü və xarizması heç bir halda müzakirə predmetinə çevrilməyən Ərdoğan Türkiyənin Atatürkdən sonra yetişdirdiyi ən ciddi, ən sanballı liderdir.
O, belə xırda, bəsit fəndləri “yesəydi” zatən Ərdoğan olmazdı...

***

Dünən canlı yayımda Davudoğlu ilə Kılıcdaroğlunun görüşünə baxıram. Daha doğrusu onların görüşdən sonrakı hallarına. İkisi də gülür. İkisi də danışır. İkisi də kameralara müdrikcəsinə poz verir.

Nə qəribədir: adamların biri ölkənin baş naziridir, digəri isə ana müxalifət lideri. Fəqət mövcud durumda heç birinin edə biləcəyi nəsə yoxdur. Analoji kritikaya, ictimai rəyə, dövlət quruculuğuna təsir gücləri sıfırın belə altındadır. Kılıcdaroğlu Qərbin Türkiyə üçün çızdiyi ssenaridə “ömürlük müxalifət” roluna sahibdir və sakitcə işini görür. Davudoğlu isə eynən Azərbaycanın BƏZİ iri ranqlı məmurlarını xatırladır. Hansı ki, hər dəfə rəhbəri olduğu təsisata, kabinetə girəndən sonra özlərinə bu sualı milyon faiz verirlər: “Həqiqətənmi buranı, bu qədər adamı mənə tapşırıblar?”

***

Prosesin episentri isə tam başqa bir ünvandadır. Əsl döyüş Qərblə Ərdoğan arasında gedir. Üstəlik tamamən dar dəhlizlərdə və böyük güclərin iştirakı ilə.
Xalq əlini kimin üzərinə qoysa, qalib odur.

Məncə, Ərdoğana azarkeşlik etməyə dəyər. Ən azından 
Türkiyə adına. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar