“Google” gözlərin hərəkəti ilə virtual və əlavə olunmuş reallıq cihazlarını idarə etməyə imkan verən texnologiyanın tərtibatçısı olan “Eyefluence” startapını satın alıb
Lent.az-ın xəbərinə görə, bu barədə startapın saytında məlumat verilib.
Sövdələşmənin məbləği gizli saxlanılır. Ancaq bundan öncə məlum olub ki, “Eyefluence” şirkəti 21,6 milyon dollar investisiya cəlb edib.
“Eyefluence” şirkətinin qurucusu “LeapFrog FLY Pentop” masaüstü kompüterinin yaradıcısı Cim Marqqrafdır. O, bir neçə il öncə nevroloji tədqiqatlar şirkəti olan “Eye-Com”un aktivlərini əldə edib.
pia.az