Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağa FTX nəzarət edir...”


Qarabağ və postsovet məkanındakı bütün separatçı regionlar Kremlin icadıdır


Virtualaz.org xəbər verir ki, bu sözləri nüfuzlu gürcü analitiki və jurnalisti, Dövlət İlya Universitetinin professoru Oleq Panfilov deyib.

Panfilov Ukrayna mətbuatına müsahibəsində bildirib ki, bütün bu münaqişələr keçmiş sovet respublikalarını qarmağa keçirmək və onlara Moskvanın təsir dairəsindən çıxmamaq üçün hazırlanıb. “Əlbətdə, Abxaziyada, Qarabağda, Dnestryanı bölgədə münaqişələr üçün tarixi zəmin də mövcud olub. Gürcülərlə abxazlar arasında etnik gərginlik hələ 70-ci illərdən var idi. Dnestryanı bölgədə də belə olub”-Panfilov deyib.

Onun sözlərinə görə, Qarabağda situasiya ondan asılı olacaq ki, Moskva bu münaqişəni nizamlamaq istəyir, ya yox. Panfilov hesab edir ki, hazırda Moskvanın belə niyyəti yoxdur. “Qarabağda rus qoşunları yoxdur. Ancaq Qarabağ müharibəsi təzə başlayanda bu, muzdluların müharibəsi idi. Ukraynalı və rus təyyarəçilər Azərbaycan aerportlarından qalxıb Stepanakerti (Xankəndi) bombalamağa uçurdu, orada isə onlara yerdən rus zenitçilər atəş açırdı. İndi situasiya başqadır. Lakin Qarabağa son hesabda Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət olunur. Rusiya nə vaxt oradan çıxsa Qarabağ da onda sakitləşəcək”-gürcü jurnalist bildirib.

Oleq Panfilovun fikrincə, bu məsələdə tarixi xüsusiyyət də var. Son 200 ildə ermənilər Rusiya siyasəti ilə bağlı olublar. Ona görə də erməni cəmiyyətinin içərisindən Rusiyaya qarşı olan adamların çıxmasını izləmək maraqlıdır: “Erməni cəmiyyətinin bir hissəsi başa düşür ki, Kremllə ittifaq gec-tez dalana aparıb çıxaracaq”.

Panfilova görə operativ planda Rusiyaya Cənubi Qafqazda Gürcüstan lazımdır. Çünki bu, bütün Cənubi Qafqazı tutmaq üçün əlverişli platformadır. “Tarixdə bu yaşanıb. 19-cu əsrdə ruslar Fars və Osmanlı imperiyalarına qarşı müharibə üçün Gürcüstanda nəhəng baza yaratmışdılar”-Panfilov qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar