Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Guardian” Batumi kazinolarının azərbaycanlı müştərilərindən yazdı


Rusiya prezidenti Vladimir Putin kurort şəhəri Soçidə kazinoların açılmasına icazə verib


Virtualaz.org saytı xəbər verir ki, “The Guardian” qəzeti Rusiyaya birləşdirilən Krımın ardınca Soçidə də kazinoların fəaliyyətinə icazə verilməsinin Gürcüstanda qumar biznesinə təsirlərini araşdırıb.

Rusiya hökuməti ümid edir ki, kazinolar Krımın və Soçinin iqtisadi inkişafına təkan verəcək, Qara dəniz sahillərinin Las-Veqasına çevriləcək. Məqalədə deyilir ki, Rusiya 2009-cu ildə ölkədə kazinoların fəaliyyətini məhdudlaşdırıb, cəmi 4 şəhərdə kazinoların fəaliyyətinə icazə verilib.

Bundan istifadə edən Gürcüstan isə qumarbazları cəlb etmək üçün kazinoların fəaliyyətini tamamilə liberallaşdırıb.

Azərbaycan və Türkiyədə kazinoların fəaliyyətinə qadağa qoyulması, Ermənistanda qumar biznesinin məhdudlaşdırılması qonşu ölkələrdən də müştərilən Gürcüstan kazinolarına axmasına səbəb olub.

İndi isə Soçidə kazinolara icazə verilməsi Gürcüstanda qumar biznesinin gəlirlərinə ciddi təsir edə bilər. 2013-cü ildə Gürcüstan büdcəsinə kazinolardan 50 milyon dollardan çox vəsait daxil olub.

Qəzet yazır ki, son illərdə Soçidən 370 kilometr cənubda yerləşən Batumi liman şəhəri oyun biznesinin mərkəzinə çevrilib, çünki orada kazino işlətmək üçün xərclər Tiflisdən daha aşağıdır.

Batumidəki “Peace Casino”nun maliyyə direktoru Mehmet Esen deyir ki, o, rəqabətdən narahat deyil. Çünki ruslar Gürcüstan kazinolarının müştərilərinin cüzi hissəsini təşkil edir.

“Bizim müştərilərimizin çoxu Türkiyədən və Azərbaycandan gəlir. Son vaxtlar İrandan gələnlərin sayı da artıb. Rusiyalı azartlar isə daha çox Makao və ya Monte-Karloya üz tutur” - deyə Mehmet Esen Böyük Britaniya nəşrinə bildirib.

Bütün dünyada kazino şəbəkələri olan “Princess Cazino İnternational”ın direktoru Mustafa Yılmaz isə deyir ki, Soçi kazinoları Azərbaycan, Gürcüstan və Türkiyədən bəzilərini cəlb edə bilər. Çünki Batumidə turizm mövsümü cəmi bir neçə ay davam edir. Soçidə isə həm qışda, həm yayda istirahət etmək mümkündür.

Lakin hələlik Soçidə kazino işlətmək üçün şərtlərin necə olacağı, vergi dərəcələri və s. məlum olmadığından Rusiya şəhərində qumar biznesi qurmaq istəyən xaricilər azdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar