Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Torpaqların işğalında Rəhim Qazıyevin əli olub”


Milli Məclisin Ağcabədidən seçilmiş deputatı Tahir Rzayev sabiq müdafiə naziri Rəhim Qazıyevin onun haqqında söylədiyi təhqiramiz fikirlərə cavab verib


Deputat T.Rzayev Publika.az-a açıqlamasında deyib:

“1989-cu ilin oktyabr-noyabr aylarında Rəhim Qazıyev Ağcabədiyə gəldi və rayonda silahlı çevriliş oldu. Çevrilişi də bilavasitə Rəhim Qazıyev təşkil etmişdi. Çünki həmin vaxtı Rəhim Qazıyev Xalq Hərəkatının fəalı kimi bir neçə cinayətkar və kriminal şəxsləri, qoçuları da ətrafına toplayıb rayona gətirmişdi. Məqsəd isə Ağcabədidə qarşıdurma yaratmaq idi. Ümumiyyətlə, o vaxt rayonda qarşıdurma yaradan adamlara rəhbərliyi Rəhim Qazıyev edirdi. Hətta Rəhim Qazıyev orada təlimatlar verirdi ki, filan sözləri danışsınlar və sairə. Onların istədiklərini danışmayan insanları döydürürdü. Rəhim Qazıyev aylarla rayonda bu cür təxribatlarda yaxından iştirak edib və bunu hamı yaxşı bilir.
 
Rəhim Qazıyev indi mənim üzərimə gəlib deyir ki, guya mənim o vaxt heç bir vəzifəm olmayıb. Bəli, Rəhim Qazıyev rayona öz qoçuları ilə gəlib böyük təxribatlar yaradırdı, insanları döydürürdü. Onun Bakıdan, Ağdamdan, Bərdədən və digər rayonlardan topladığı və özlərini qoçu kimi aparan adamları var idi. Rəhim Qazıyev də bu adamlarla rayonlara gəlib orada hakimiyyətsizlik yaradırdı.
 
Torpaqlarımızın da işğal olunmasında Rəhim Qazıyevin bilavasitə əli olub. Çünki bu adamlar Ağdam, Ağcabədi, Bərdə və digər qonşu rayonlarda təxribatlar yaradırdılar, insanların başlarını qatırdılar. O vaxtı müharibə gedə-gedə bu adamlar hərbi texnika və silahları gətirib Ağcabədidə stadionda gizlətmişdilər və orduya vermirdilər. Onda orduya silah lazım idi, ancaq bunlar həmin silahları rayonda saxlamışdılar. Cəbhəçilər bir-birinə qarşı vuruşurdu. Bunlar isə deyirdi ki, rayonda qarşıdurma var və sairə.Rayon partiya komitəsinin iclasında bir gün boyunca silahlı atışma oldu, nə qədər adam yaralandı. Rayon binasındakı o güllə izləri bu günə kimi qalırdı. Bütün bunların hamısını Rəhim Qazıyev təşkil edirdi. Hətta  bu qarşıdurma nəticəsində bir neçə nəfər adam öldürüldü və onların cinayətlərinin üstü açılmadı. O vaxt hərc-mərclik idi, ona görə də onların üstü açılmadı.
 
 Rəhim Qazıyev özü kimi avantürist və təxribatçı adamları, qoçuları, heç bir hörməti olmayan adamları başına yığıb Xalq Cəbhəsinin fəalı kimi rayonlara gəlib təxribatlar törədirdi. Bütün bunların hamısı faktdır, hər kəs də bilir.
 
O,  deyir ki, guya mən Milli Məclisə deputat təyin olunmuşam və sairə. Mən ona demək istəyirəm ki, təyin olunanla olunmayan adamın əqidəsi hər kəsə yaxşı məlumdur. Axı sən kimsən, ay Rəhim Qazıyev? Sənin bu ölkədə xalqın başına nə oyunlar gətirməyin hamıya məlumdur. Elə Leyla Yunus da sənin tayındır, sənin yolunu gedir. O vaxt da Leyla Yunus ilə Rəhim Qazıyev ən yaxın dostlar  idi. İşləri-gücləri də təxribat yaratmaq idi. Leyla Yunus bunun eyiblərini örtməklə məşğul olub. İndi də Rəhim Qazıyev Leyla Yunusun eyiblərini örtməklə məşğuldur”.
 
T.Rzayev Rəhim Qazıyevin onu debata çağırmasına da toxunub:
 
“O, məni debata çağırır. Ancaq mən onunla debata getmək fikrində deyiləm. Çünki o adam həyasız və ləyaqəti gözləməyən adamdır. Azərbaycan xalqı onun kim olduğunu gözəl bilir. Onunla üz-üzə oturub danışmaq mənim səviyyəmə uyğun olmaz”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar