Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yarım milyondan artıq insan öz evinin real sahibi deyil”


Milli Məclisdə özəlləşdirmə və sənədsiz evlər məsələsi qaldırıldı


Milli Məclisdə  “Dövlət əmlakının özəlləşdirilməsi haqqında haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc vətəndaşları narahat edən ciddi bir problemdən bəhs etdi. O, əmlak özəlləşməsi ilə bağlı problerin indiyədək qaldığını bildirdi: “Bu problemi, nəhayət, həll etmək lazımdır.” Bu gün Torpaq Komitəsinin verdiyi sənədləri Reyestr İdarəsi tanımır və ya əksinə. Ona görə vətəndaşlar iki qurumun bir-birinin sənədlərini tanımamasından ciddi şəkildə əziyyət çəkir”. Deputat bu məsələlərlə bağlı parlament dinlənilməsinin keçirilməsini təklif etdi: “Bu gün kəndli öz evinin əmlak sənədlərini almaq üçün çox ciddi problemlərlə üz-üzədir. Mülkiyyət sənədlərinin alınmasını asanlaşdırmaq lazımdır. Bu gün yarım milyondan artıq insan öz evinin real sahibi deyil və özünü kənar ölkənin vətəndaşı kimi hiss edir”. Z.Oruc dövlət teatrı, dövlək sirki və s. qurumların adının üzərində dövlət sözünün işlənməsini düzgün saymadı, adların dəyişdirilməsini zəruri saydı. 
 Qüdrət Həsənquliyev çıxışında dedi ki, “Bakıelektrikşəbəkə”, “Azəriqaz”, “Azərsu” da təcili özəlləşdirilməlidir: “Bəzi xarici ölkələrdə hətta həbsxanalara özəl şirkətlər nəzarət edir. Bir sıra hallarda bu qurumlara qarşı yönələn tənqidlər dövlətə qarşı yönəlir. Özü də burda özəlləşməyə yalnız Azərbaycan vətəndaşları girişə bilər. Lazım olsa, qanunlara da dəyişiklik etmək mümkündür. Dünyanın heç bir ölkəsində bu qədər elektrik enerjisi itkilərinə yol verilmir. Elektrik enerjisini hansısa özəl şirkət satsa, burda heç bir itki olmayacaq, şəffaflıq da təmin olunacaq”. 
Çingiz Qənizadə insanlara reyestrdən çıxarışların artıq səyyar formada verilməsi işinə başlanılmasının yerlərdə təqdir olunduğunu bildirdi: “Bizdə belə bir fikir formalaşıb ki, dövlət bunu gətirib qapımda verməlidir. Bəzən biz öz üzərimizə düşən vəzifələri həll etməkdənsə, dövlətin həll edəcəyini gözləyirik. Müəyyən sənədlərin tələb olunması əslində yaxşıdır. Çünki sonradan məhkəmə çəkişmələrində problemlər yaranır”.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar