Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Səfərli: "Ramiz Mehdiyev dedi ki, işlərə Əli Həsənov nəzarət edəcək"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

PİA.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O deyib ki, 2009-cu KİVDF-yə rəhbər təyin olunub: "Həmin vaxt Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məni çağırıb bildirdi ki, sənə yüksək etimad göstərilib, icraçı direktor sən təyin olunursan, nəzarəti isə Əli Həsənov edəcək. Sonra bizə dedilər ki, özümüzə ofis tapaq. 8-ci kilometr ərazisində ofis tapdıq. Amma zirzəmi olduğu üçün orda bizim fəaliyyət göstərməyimiz mümkün olmadı. Bu barədə Ramiz Mehdiyevə məlumat verdim. Bizə başqa yer tapmaq təklif olundu. Müəyyən müddət ərzində başqa yerdə fəaliyyət göstərəndə sonra Beynəlxalq Mətbuat Mərkəzində yer təklif olundu. Həmin vaxt orda yerin kvadrat metri 20-22 manat idi. Bizə isə kvadrat metri 18 manatdan icarəyə verdilər və fəaliyyətimizi Beynəlxalq Mətbuat Mərkəzində davam etdirdik".

V.Səfərlinin sözlərinə görə, KİVDF-yə vəsaiti Nazirlər Kabineti ayırırdı: “Vəsait ayrılandan sonra biz xərclər smetasını hazırlayıb Maliyyə Nazirliyinə göndərərirdik. Daha sonra vəsait bizə verilirdi. İcarə haqqı ilə bağlı təkcə 119 min 77 manat vergi vermişik. Amma yoxlama zamanı heç bu rəqəmi də çıxmayıblar. Yoxlama zamanı mənim iştirakım təmin olunmayıb. Mən ancaq icraçı direktor olmuşam, maliyyə məsələlərinə nəzarət, qərar vermə Müşahidə Şurasının səlahiyyətində idi. Bizim Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi binada icarəyə ofis götürməyimizin səbəbi oranın şəraiti ilə bağlı idi. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olmasının məsələyə aidiyyəti yox idi. Ora Əli Həsənovun mülki idi deyə, icarə pulu veriləməliydik?"

Növbəti məhkəmə iclası sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar