Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika tələbələri hakimiyyəti İntiqam Əliyevi azad etməyə çağırıblar


“Hakimiyyətiniz Leyla və Arif Yunusu, Rəsul Cəfərovu və digər ictimai xadimləri və fəalları da həbs ediblər, digərlərinin isə ölkəni tərk etməsini qadağan ediblər və hesablarını dondurublar"


İyunun 30-da hüquq təhsili alan bir qrup amerikalı tələbə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova məşhur hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyevin həbsini pisləyən məktub göndəriblər.

Tələbələr Azərbaycan hakimiyyətini Əliyevi azad etməyə və onun hüquq müdafiə fəaliyyətini, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər göndərməyi davam etdirməsinə icazə erməyə çağırıblar.

Məktubu Nyu-York Hüquq Məktəbinin tələbələri imzalayıblar. ABŞ-ın müxtəlif ali məktəblərindən 50-dən çox şəxs onlara qoşulub.

“İnsan hüquqlarının və xüsusən hüquqşünasların və hüquq müdafiəçilərinin hüquqlarının təşviqinə və müdafiəsinə şərait yaradan tələbə təşkilatı olaraq, Azərbaycanda bu cür təqiblərdən ciddi narahatlıq duyuruq”, deyə məktubda qeyd edilir.

Tələbələr həmçinin qeyd edirlər ki, İntiqam Əliyev saxta ittihamlarla həbsə düşmüş yeganə hüquq müdafiəçisi deyil.

“Hakimiyyətiniz Leyla və Arif Yunusu, Rəsul Cəfərovu və digər ictimai xadimləri və fəalları da həbs ediblər, digərlərinin isə ölkəni tərk etməsini qadağan ediblər və hesablarını dondurublar.

Biz ABŞ Dövlət Departamentinin çağırışına qoşuluruq və bu şəxslərin azad edilməsini tələsdirməyi və onlara qarşı ədalətli davranmağı, habelə onların öz əhəmiyyətli fəaliyyətlərinə qayıtmasına imkan verməyi tələb edirik”, deyə məktubda qeyd edilir.(musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar