Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biz onu çağırsaydıq...


Qəşəm Nəcəfzadə yazır...


Şair Anar Həbiboğlu bu ilin aprelində gəlmişdi Bakıya. Elə gəlmişdi, elə gəlmişdi, elə bil bir daha gəlməyəcəkdi.
 
Onu Azərbaycan Yazıçılar Birliyinin bütün mərtəbələrində gördüm. Ətrafında 3-4 dost, əlində qəzet, kitab, jurnal, bir az da tələskən, bir ayağı qaçaq, elə bil hardansa qaçıb gəlmişdi, bura sonuncu dayanacaqdı, burdan da harasa qaçıb gedəcəkdi.
 
Guya ətrafındakı dostlar, elə mən də, ona məsləhət görürdük ki, getməsən yaxşıdır, niyə gedirsən, elə qal buralarda. O, iki yolun ayrıcında qalmışdı, getsin, yoxsa getməsin? Ona görə Yazıçılar Birliyində əvvəl də, sonra da çəkdirdiyi şəkillərdə Anar Həbiboğlu həmişə  arxaya boylanır. Getdiyi yerdə başını arxaya çevirir. Görən kimsə onu çağırıb bu uzun yoldan qaytaracaqmı?
 
Heç kəs onu səsləməmişdi, çağırmamışdı. O da getmişdi, Lənkəranda özü kimi bənzərsiz  şairimiz, əziz dostu Tərlanın qəddar təkliyinə qıysa da belə.
 
Biz dostlar onu qalmağa, bir az gözləməyə inandıra bilmədik, o da əlimizdən quş kimi çıxıb getdi. Arxaya boylana-boylana.
 
Anar Həbiboğlunun şəkillərində arxaya boylanmağı məni ən çox yandıran gidi bir zaman təsiri bağışlayır. O zaman hansı bir zaman idi, hansı vaxt idi, heç özüm də yaxşı xatırlaya  bilmirəm. Bir o yadımdadır ki, Anar Həbiboğlu gözlərindən hönkürüb dənizdə batan bir ağ gəmini xilas etmək istəyirdi, kimlərsə dostları pisləyib onun gözündən  salırdı, dostlar da  xoşbəxtlikdən yerə yox, düz ürəyinə düşürdü.
 
Arxaya boylanmağın özündə bir xahiş, bir yalvarış var idi - o, getmək istəmirdi, kiminsə onu geriyə çağırmağını gözləyirdi. Biz də möhkəm dayandıq, onu çağırmadıq, daha dəqiqi, çağıra bilmədik. Biz M. Müşfiqi da çağırmadıq, Ə. Kərimi də, elə Anar Həbiboğlunu da...
 
Anar Həbiboğlu getdi, əlində kitab, dəftər, jurnal, arxaya baxa – baxa. Elə baxırdı ki,  adamlar onun dalınca yüyürüb gedə bilərdilər. Amma heç kəs gedə bilmədi, hamı ayağından yerə mıxlanmışdı. Daha doğrusu, arxaya boylanmaq hissimiz hələ yoxuydu, hələ şəkillərimizi üzü qabağa çəkdirən vaxtlarımız idi.
 
Mən bilirəm ki, Ana Həbiboğlunu həyat yoldaşı, uşaqları çağırırdı, amma o ən çox bizim çağırmağımızı istəyirdi. Bizsə hələ çağırmağı öyrənməmişdik, 50 yaşımızı aşırsaq belə, öyrənməmişik.
 
Anar Həbiboğlu bizdən qabaq getdi ki, torpağı qızdırsın, biz gələnəcən torpaq isti olsun.
Əslində ölüm nədi, bir yerdəyişmə və ya bir haldan başqa bir hala düşməkdi...
 
Anar Həbiboğlu bu ilin aprel ayında Bakıya gələndə onun bir haldan başqa bir hala keçməsinə az qalırdı. Amma biz onu çağırsaydıq, çağıra bilsəydik, çağırmağı bacarsaydıq, onun bir haldan başqa bir hala keçməsini, heç olmasa, ləngidərdik.
 
Məsələn, Anar Həbiboğlu Bakıya gələndə ismin adlıq halındaydı. Ayağını yiyəlik hala indi-indi atmaqdaydı. Çağırsaydıq, yiyəlik hala keçməyəcəkdi. Təkcə yaşamaq ismin adlıq halındadır. O biri hallarda yaşayan adamlar çığırmadığımız adamlardı.
 
Bir sirr də var, ismin çıxışlıq halından sonra Anar Həbiboğlu adlıq hala qayıdacaqdı. O vaxt biz ismin başqa hallarında olacağıq, onunla heç vaxt görüşə bilməyəcəyik.
 
Anar Həbiboğlunun arxaya boylanmağında bir anlam da var. Elə bil bu dünyadan küsmüşdü. Bu dünyadan getməyin bir adı da küsməkdi, bəlkə. Adam küsür, gedir, gedir bir misra qəbirdə dizlərini qucaqlayır, upuzun, dərin bir fikrə dalır. Gəl indi onu bu fikirdən ayılt.
 
Gedib əlimizi ona toxundura bilsəydik, fikirdən ayıla bilərdi. Amma o böyük Allah əlimizi  Anar Həbiboğluya toxundurub onu oyatmaq iksirini bizə hələ verməyib, bəlkə də verib, amma əllərimizi vaxtında kiməsə uzatmaq müdrikliyini verməyib. Çünki Anar Həbiboğlu  dünyadan gedəndə bizim üçün gizli bir işarəni qoyub getmişdi. Həm çağırmaq, həm də əllərimizi uzatmaq üçün arxaya boylanmışdı.
 
 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar