Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Mirəqdirovun ailəsinə İçveçrədə sığınıcaq verildi



Dekabrın 17-də Sürix şəhər məhkəməsi Azərbaycanda casusluq ittihamı ilə həbs edilmiş tanınmış jurnalist Rauf Mirqədirovun ailə üzvlərinin statusu haqqında məsələyə baxıb


Hakim jurnalistin həyat yoldaşı Adilə Babaxanovanı və böyük qızı Suadı dinləyib. Bundan başqa, beynəlxalq hüquq müdafiə təşkilatları və İsveçrənin müvafiq qurumları tərəfindən təqdim edilmiş sənədlərə baxılıb.

Üç gün sonra – dekabrın 20-də ailə məhkəmədən jurnalistin həyat yoldaşına və iki övladına siyasi sığınacaq verildiyi haqqında rəsmi bildiriş alıb. Bu barədə “Turan”a jurnalistin həyat yoldaşı bildirib.

Rauf Mirqədirov “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri idi. Aprelin 19-da Türkiyə polisi onu saxlayıb və Bakıya deportasiya edib. Bakıda həbs edilən R.Mirqədirov Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Jurnalist bu ittihamları təkzib edərək, absurd adlandırıb. Tezliklə beynəlxalq təşkilatlar Mirqədirovu vicdan məhbusu kimi tanıyıblar.

Jurnalistin həbsindən sonra ailəsi Türkiyədə qalıb. Ailə üzvləri yerli polis və Bakı prokurorluğunun işçiləri tərəfindən dəfələrlə dindirilib. Onların mənzilində axtarış aparılıb, şəxsi əşyaları müsadirə edilib. Bundan sonra ailə beynəlxalq jurnalist təşkilatlarının dəstəyi ilə İsveçrəyə aparılıb. (qaynar.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar