Almaniya kansleri Olaf Şolts Hannover Sərgisində deyib ki, qalıq yanacaq erası sona çatır...
Poliqon xəbər verir ki, kanslerin sərgidəki çıxışı Almaniya hökumətinin saytında dərc edilib. Eyni zamanda o, Rusiya ilə ticarət əlaqələrinin kəsilməsindən sonra qaz tədarükünə, eləcə də yeni yataqların işlənməsinə görə Norveçə təşəkkür edib.
“Əlbəttə, bu da hamımıza aydındır: qalıq yanacaq erası başa çatır. Bizim hamımız üçün bu, sənaye proseslərində dəyişiklik deməkdir”, deyə Şolts bildirib.
BVF ekspertləri hesab edirlər ki, enerji böhranının Avropa sənayesinə təsiri 2024-cü ilin əvvəlində tükənəcək və Almaniya buna yaxşı nümunə ola bilər.
Poliqon.info