Birləşmiş Ştatlar bəzi Çin banklarını qlobal maliyyə sistemindən kənarlaşdıracaq biləcək sanksiyalar hazırlayır...
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, bu yolla Vaşinqton Pekini Rusiya hərbi sənayesinə ticarət dəstəyini dayandırmağa məcbur etməyə çalışır.
WSJ yazır ki, Çin tərəfinin köməyi Moskvaya hərbi-sənaye potensialını bərpa etməyə imkan verib, çünki Çin Rusiya üçün elektron sxemlərin, təyyarə hissələrinin, maşın və dəzgahların əsas təchizatçısına çevrilib. Bankların Rusiyaya kommersiya ixracında, ödənişləri emal etməkdə və müştəri şirkətlərə ticarət krediti verməkdə əsas vasitəçi kimi xidmət etdiyi bildirilir.
Bununla belə, Amerika rəsmiləri etiraf edirlər ki, diplomatik səylər Pekini Rusiyaya ixracını məhdudlaşdırmağa inandıra bilməsə, banklara qarşı sanksiyaların tətbiqi “eskalasiya variantı” olacaq.
WSJ-nin məlumatına görə, ABŞ rəsmiləri son həftələrdə şəxsi görüşlərdə və telefon danışıqlarında Pekinə təzyiqləri artıraraq, Vaşinqtonun ikili təyinatlı malların ticarəti ilə məşğul olan Çin maliyyə qurumlarına qarşı tədbir görməyə hazır olduğu barədə xəbərdarlıq ediblər.
Qəzetin qeyd edir ki, ABŞ hakimiyyəti Qərbin kumulyativ diplomatik təzyiqinin ABŞ və Çin arasında kövrək atəşkəsi poza biləcək addımların atılması zərurətinin qarşısını alacağına ümid edir.
WSJ qeyd edir ki, bankların dollara çıxış imkanından məhrum edilməsi normal sanksiyalardan daha geniş təsirə malikdir və son çarə kimi istifadə olunur.
Poliqon.info