Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Rusiyanın dostları kimlərdi?


Rusiyanın Bakıdakı səfirliyi “Georgiyev lenti” paylayır - təxribat!


Paytaxtda diplomatik skandal; II Yekatrinanın təsis etdiyi imperiya simvolu Bakıda Rusiyanın dostlarına paylanır; redaksiyamızda “Georgiyev lenti” alan tanınmış azərbaycanlıların siyahısı daxil olub; səfirlikdən “Georgiyev lenti” alan vətən xainidirmi...

Musavat.com-a diplomatik qaynaqlardan maraqlı xəbər daxil olub. Mənbənin verdiyi məlumatda iddia olunur ki, Rusiyanın Bakıdakı səfirliyi paytaxtımızdakı tərəfdarlarına və səfirliyə girib-çıxan hər bir kəsə “Georgiyev lenti” paylayır". Bunun simvolik məna daşıdığını, Rusiyanın gələcək qələbələrinin simvolu olduğunu iddia edən mənbəmiz deyir ki, səfirlik bununla diplomatik normaları pozur və ölkəmizə qarşı təxribat aparır.

 Azərbaycanın müxalifət liderlərindən biri müsavat.com-a deyib ki, Rusiyanın keçmiş sovet respublikalarına, o cümlədən də Azərbaycana qarşı artan aqressivliyinin fonunda bu hərəkət fərqli mahiyyət kəsb edir. Bu, ölkəmizə, onun suverenliyinə qarşı təhdid sayıla biləcək əməldir, təcili şəkildə hakimiyyət institutları tərəfindən müvafiq reaksiya verilməlidir.

Musavat.com tarixi mənbələrə istinadla bildirir ki, “Georgiyev lenti” 1769-cu ildə imperatriça II Yekatrina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan Rusiya soldatlarına verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurmuş. Həmin zamanlardan başlayaraq, lentin standartı belədir -  3 qara, 2 narıncı xətt.

“Georgiyev lenti” son illərdə bir aksiya kimi yenidən dirçəldilib və onun Rusiyanın sadiq dostlarına təqdim olunması prosesi post-sovet ölkələrində vüsət götürüb.

Musavat.com-da Rusiya səfirliyindən “Georgiyev lenti” alan tanınmış azərbaycanlıların bir qisminin adları var. Redaksiya bu adları onların özləri ilə dəqiqləşdirir və yekunda həmin siyahını dərc edəcək.

Məsələyə münasibət bildirən politoloq Zəfər Quliyev qeyd etdi ki, bu məsələyə ciddi yanaşılmalıdır: “Özü-özlüyündə bu lentlər təhlükə yarada bilməz. Ancaq nəzərə almaq lazımdır ki, "Georgiyev lenti"nin tarixi var. Rus imperiyası zaman-zaman ondan hansısa formada təbliğat kimi yararlanıb. Sovet dövründə İkinci Dünya Müharibəsinin nəticələri - yəni rusların qələbəsi anlamında - 9 mayda veteranlar bu lenti taxırdılar. Yəni həmin dövrdə “Georgiyev lenti” qələbə rəmzi daşıyırdı, siyasi mənası yox idi, bir növ sovet ordusunun gücünü göstərirdi. Ancaq son 1-2 ildə bu “Georgiyev lenti” Putinin təbliğat alətinə çevrilib, bundan bir rəmz kimi istifadə edir. Bu lentləri həm Moskvada Putini dəstəkləyən insanlar daşıyır, həm də MDB-də kim Kremlin siyasətini dəstəkləyirsə, onlar həvəslə bunu taxırlar. Yəni bununla nümayiş etdirmək istəyirlər ki, Putnin siyasətini dəstəkləyirlər. Krımda baş verən hadisələr zamanı da Rusiyapərəst adamlar meydana “Georgiyev lenti” ilə çıxırdılar. Müşahidələr bunadna ibarətdir ki, Kremlin özünün göstərişi ilə bu lentlər Putinin rəmzinə çevrilir. Son vaxtlar aydın görünür ki, bunu bir sıra MDB dövlətləri ilə yanaşı Bakıda da yayırlar. Bu artıq təhlükəli xarakter alır. Bu yolla Kreml göstərmək istəyir ki, postsovet məkanında Putini və onun ideyalarını dəstəkləyənlərin sayını artır. Ona görə də bu məsələyə dözümlü yanaşmaq olmaz. Məsələ araşdırılmalıdır".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar