Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə növbədənkənar seçki şoku: Baxçalı öz yerişini yeriyir?


Mübariz Əhmədoğlu: “2019-ci ildə bizim region xaosa qərq ola bilər. Ona görə də 5-6 illik ömrü olan siyasi prosesləri önə çəkməyə ehtiyac var”


Nazim Cəfərsoy: “MHP üçün narahatlıq doğuran amillərdən biri də rəqiblərin güc qazanma ehtimalının artmasıdır”.

Məlum olduğu kimi, dünən MHP lideri Dövlət Baxçalı Türkiyədə avqustun 26-da növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklifi ilə çıxış edib. Baxçalı bu təklifini regiondakı mürəkkəb geosiyasi vəziyyətlə əlaqələndirib və prezidentin səlahiyyətlərinin təcili artırılmasını məqsədəuyğun hesab edib. “2018-ci il avqustun 26-da prezident və parlament seçkilərinin keçirilməsi xalqımızın düşmənlərinə dərs verməyin ən demokratik yoludur. Dövlətin birliyinə silah çəkənlər buna peşman edilməlidir” - deyən Baxçalının bu təklifinə  hökumətdən cavab gəlib. Belə ki,  baş nazirin müavini Bəkir Bozdağ təklifin səlahiyyətli orqanlar tərəfindən dəyərləndirildiyini bildirib. Bəzi analitiklər hesab edirlər ki, Baxçalı bu təklifi Türkiyədə hazırkı iqtisadi geriləmə ilə əlaqədar verib və 2019-cu ildə AKP-MHP koalisiyasının seçkilərdə məğlub ola biləcəyi ilə bağlıdır. Türkiyədə hazırda yaranmış siyasi-iqtisadi vəziyyətlə bağlı nə demək olar və hesab etmək olarmı ki, Baxçalının bu gözlənilməz bəyanatı məhz ölkədəki iqtisadi geriləmə ilə bağlıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim  Cəfərsoyun fikirlərini öyrənib.

Image result for mübariz əhmədoğlu
Mübariz Əhmədoğlu: “MHP lideri Dövlət Baxçalının təklifi yerindədir”.


Türkiyədə irəli sürlən təklifin regionda baş verməsi gözlənilən xaosla bağlı olduğunu bildirən politoloq Mübariz Əhmədoğluna görə, Baxçalının irəli sürdüyü təklifin qəbul edilməsi mümkündür:

“Hesab edirəm ki, Türkiyədə irəli sürülən bu təklif qəbul ediləcək. Bu təklif onu göstərdi ki, elə Azərbyacan da nə qədər sərvaxt siyasət aparır. Çünki bizim də oktyabrın 26-ına təyin olunmuş prezident seçkilərimiz 11 aprelə çəkilmişdi. Bunun əsas səbəbi regionda gözlənilən gərgin siyasi vəziyyətlə bağlı idi. Türkiyədə də gələn il üçün nəzərdə tutulan prezident və parlament seçkiləri birləşdirilir və vaxtı xeyli önə çəkilir. Elə buna səbəb də regiondakı vəziyyətin gərginləşməsi ehtimalı ilə bağlıdır. 

Regionda vəziyyətin gərginləşməsi gözləniləndir. Bunu rəsmi şəkildə təsdiq etmək belə mümkündür. Çünki İranın ali rəhbəri artıq məsələ ilə bağlı açıqlama verib. Onun açıqlamasına görə, 2018-ci ilin son üç ayında ABŞ İranda hakimiyyət çevirilişi etmək niyyətindədir. 

Əgər ABŞ regionda belə bir siyasət apararsa, bu təkcə ABŞ-ın işi olmayacaq. ABŞ prosesə  region dövlətlərini də qatacaq. İsrail, Səudiyyə Ərəbistanı daxil olmaqla, ərəb dövlətlərinin bir çoxu da prosesə qoşulacaq. Bu zaman hadisələrin gedişatından asılı olaraq, Türkiyə də  istər-istəməz proseslərə qoşulacaq. Türkiyənin bu addımının  mənfi və ya müsbət, hansı nəticələr verəcəyini isə gedişat göstərəcək. Türkiyədə hələki cəmiyyətin böyük hissəsi Qərb düşüncəsinə malik olsa da, Rəcəb Tayyib Ərdoğanın tərəfdarları arasında da anti-Amerika düşüncəli insanlar çoxdur. Ümumiyyətlə, Türkiyədə anti-Qərb düşüncə güclənir. Eləcə də Türkiyənin İranın daxilində rolu güclənir. Bütün bu amilləri nəzərə alsaq, MHP lideri Dövlət Baxçalının təklifi yerindədir. Belə ki, region xaos dövrünə qədəm qoyanda artıq Türkiyədə əlavə  konustitusion demokratik proseslər  başa çatmış olacaq. 


Mübariz Əhmədoğlu: “Hesab edirəm ki, Türkiyə öz iqtisadiyyatını Qərbdən Rusiya istiqamətinə çox uğurla transformasiya edib”.


Ümumilikdə 2019-ci ildə bizim region xaosa qərq ola bilər. Ona görə də 5-6 illik ömrü olan siyasi prosesləri önə çəkməyə ehtiyac var. Türkiyədə heç bir ciddi sosial, iqtisadi partlayış gözlənilmir. Hesab edirəm ki, Türkiyə öz iqtisadiyyatını Qərbdən Rusiya istiqamətinə çox uğurla transformasiya edib. Ola bilər ki, bu gün Ərdoğanın apardığı siyasətdən kimlərsə narazı qalsın. Ancaq Ərdoğan çox uğurlu şəkildə Qərblə iqtisadi əlaqələri Rusiya müstəvisinə keçirə bilib. Türkiyə ilə Rusiya arasındakı illik iqtisadi ticarət dövriyyəsi yaxın illər üçün təxminən 100 milyard dollar çivarındadır. Yəni, bu ağlagəlməz bir rəqəmdir. Siyasi baxımdan isə Türkiyənin elitasında Ərdoğandan güclü ritorikaya malik, bacarıqlı siyasətçi görmürəm. Ərdoğan salamat olduğu müddətcə öz siyasətinin Türkiyənin ictimai-siyasi mühitində möhkəmlənməsinə çalışır. Türkiyənin daxilində iranpərəst qüvvələr çoxdur. Onların yaxın 3-4 ildə  Türkiyənin daxilində gedən proseslərə təsir edə biləcəklərini düşünmürəm”.

Image result for nazim cəfərsoy

Nazim Cəfərsoy: “2019-cu il seçkilərində AK Parti ilə MHP arasında ittifaqın olacağı gözlənilmir”.


Türkiyədə iqtisadi vəziyyətin ürəkaçan olmadığını bildirən  siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim  Cəfərsoyun fikrincə, seçkilərin vaxtının önə çəkilməsinin bir səbəbi də yüksək ehtimalla gözlənilən  iqtisadi krizisin qarşısını almaq ola bilər:

“Türkiyədə müxalifət tərəfi iddia edir ki, ölkə yaxşı idarə olunmur. Digər tərəf isə bu fikirlə razılaşmır və ölkənin idarəetməsindən razı olduqlarını bildirirlər. Yəni, ölkənin siyasi sistemində  ciddi şəkildə qarşıdurma mövcuddur. Belə ki, ölkədəki faktiki vəziyyətlə konustitusiyada əks olunan vəziyyət  elə də  üst-üstə düşmür. İdarəetmə mexanizmindəki vəziyyət müxalifətlə iqtidar arasında gərginliyin yaranmasına səbəb olur. 

Baxçalının təklifinin bir səbəbi məhz siyasi sistemlə bağlıdır. Digər tərəfdən 2019-cu ildə Türkiyədə 3 seçkinin həyata keçiriləcəyi proqnozlaşdırılırdı. Mart ayında bələdiyyə, prezident və parlament seçkiləri isə ilin sonuna doğru nəzərdə tutulmuşdu. Mövcud şəraitdə Türkiyədə düşünülür ki, əgər indi seçkilər normal şəkildə keçirilərsə, iqtidar tərəfi gələn ilki bələdiyyə seçkilərində ciddi məğlubiyyətlər əldə edə bilər. Hətta bununla bağlı bir  sıra təhlillər də var. Belə ki, İstanbul, Ankara və bir sıra iri şəhərlərdə müəyyən problemlər yarana bilər. 

Bundan başqa, Milliyyətçi Hərəkət Partiyası (MHP) və Ədalət və İnkişaf Partiyası (Adalet ve Kalkınma Partisi, qısa AK Parti) arasındakı müəyyən narazılıqlarda əsas səbəblərdən biridir. 2019-cu il seçkilərində AK Parti ilə MHP arasında ittifaqın olacağı gözlənilmir. MHP üçün narahatlıq doğuran amillərdən biri isə rəqiblərin güc qazanma ehtimalının artmasıdır. 

İqtisadi cəhətdən isə bəzi analitiklər ölkədəki iqtisadi vəziyyətin getdikcə pisləşəcəyi barədə müəəyn təhlillər verilir. Əslində buna müəyyən mənada şərait yaradan proseslər gedir. Dolların qalxması, fazilərin artması kriz təhlükəsini artırır. Düzdür, hakimiyyət heç bir problemin olmadığını desə də, ümumi mənzərə onu göstərmir”. 

Qeyd edək ki, tanınmış politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində durumu şərh edən status yazıb. Elxan Şahinoğlunun fikrincə, Dövlət Baxçalının hesabları yanlış çıxa bilər və partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sürükləyə bilər:

“Bu bəyanat Türkiyəni şoka salıb. İki variant mümkündür. Baxçalı ya bu açıqlamanı müttəfiqi olduğu Ədalət və İnkişaf Partiyasının razılığı əsasında səsləndirib, ya da müttəfiqlərini fakt qarşısında qoyub. Baxçalı bu açıqlamanı Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla razılaşdırıbsa, demək bu ortaq siyasi gedişdir. Ankaradan yeni qayıtmışam. İqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Hökumətin iqtisadiyyatda ciddi problemləri var, bunu Ərdoğan da etiraf edir. Ona görə də vaxt keçdikcə AKP-MHP ittifaqının reytinqi aşağı düşə bilər. Ona görə də Ərdoğan-Baxçalı cütlüyü həmin günü gözləmədən erkən seçki keçirib səslərini qorumaq istəyə bilərlər. Yox əgər Baxçalı Ərdoğanla razılaşdırmadan Cumhurbaşqanını fakt qarşısında qoyubsa, bu MHP-AKP ittifaqında ciddi inamsızlıq yarada bilər. Yeni yaranan İyi Parti və onun lideri Meral Akşener seçkiyə ciddi hazırlaşır. MHP-nin elə AKP ilə ittifaq yaratmaqda məqsədlərindən ən əsası da səslərini Akşenerə uduzmamasıdır.

Buna baxmayaraq, Dövlət Baxçalının hesabları yanlış çıxa bilər. Bir dəfə Baxçalı eyni səhvi edib. 1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisyonu var idi. Baş nazir Bülənt Ecevit, Dövlət Baxçalı isə onun birinci yardımçısı isi. İqtisadiyyat ağır günləriini yaşayırdı, ancaq Əcəvit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atmışdı. Baxçalı qəfil elan etdi ki, erkən seçkilər keçirilməlidir və bununla ortağı Eceviti şoka saldı. Rəhmətlik Bülent Ecevit xatirələrində yazırdı ki, Dövlət Baxçalının işlər iyiyə doğru gedərkən niyə hökuməti dağıtdığını anlamadı. O zaman hökumət dağıldı, erkən seçkilər keçirildi, nə DSP, nə ANAP, nə də MHP parlamentə düşə bildi, hakimiyyətə yeni qurulan AKP gəldi və odu-budur iqtidardadır. İndi Baxçalı yenə eyni yolla gedib partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sürükləyə bilər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar